03:17 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
18920

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov: “Bir daha bildiririk ki, Azərbaycan hərbi qüvvələrinə məxsus heç bir təyyarə vurulmayıb"

BAKI, 4 oktyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqla cəbhədəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilər brifinqdə bildirib.

“Bir daha bildiririk ki, Azərbaycan hərbi qüvvələrinə məxsus heç bir təyyarə vurulmayıb. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir”, - deyə Anar Eyvazov bildirib. 

O, qeyd edib ki, əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib.

Eyvazovun sözlərinə gröə, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır:

“Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.

Şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə tutulduğunu bildirən Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, adekvat tədbirlər görülür:

“Düşmənin guya Gəncədəki hərbi obyektləri vurduğu barədə xəbər tamamilə yalandır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.

Əlaqədar

Azərbaycan HHQ-yə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb - Vaqif Dərgahlı
Hikmət Hacıyev: Ermənistandan Azərbaycana 10 mindən artıq mərmi atılıb
Prezidentin köməkçisi Gəncə, Tərtər və Horadizin atəşə tutulması barədə
Prezidentin köməkçisi: "Bunkerdə gizlənən Arayik Arutunyan ağır yaralanıb"

Əsas mövzular