BAKI, 4 oktyabr - Sputnik. Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.
Ermənistanı növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.