05:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
16510

Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən Ermənistan ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.

BAKI, 2 oktyabr — Sputnik. Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

"Buna səbəb çoxlu sayda itkilərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan Müdafiə Nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir", - deyə Vaqif Dərgahlı qeyd edib.

Əsas mövzular