03:05 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
10930

Əgər Ermənistanın Su-25 təyyarəsi həqiqətən vurulubsa, onda Ermənistanın Müdafiə Nazirliyinin mütəxəssisləri Türkiyənin F-16 qırıcısının uçuşunu nə ilə izləyiblər və niyə cavab zərbəsi endirməyiblər? Bütün bunlar qeyri-ciddi görünür

BAKI, 1 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ənənəvi olaraq müharibədə düşmənin demoralizasiyası üçün əks-propaqandadan istifadə olunur. Lakin Dağlıq Qarabağda hazırda Azərbaycan və Ermənistan arasında gedən silahlı qarşıdurma məlumatların və təkziblərin misli görünməmiş sayda çox olması ilə fərqlənir. Bu, beynəlxalq müşahidəçilər tərəfindən vəziyyətin təhlilini çətinləşdirir və bəzi bəyanatlara inamsızlıq yaradır.

Münaqişənin sentyabra təsadüf edən günlərində şübhəli rəqəmlər, faktlar, qeyri-şəffaf epizodlar çox sayda olub. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanın 49 pilotsuz uçan aparatı vurulub, lakin Ermənistan yalnız bir aparatın qalıqlarının fotoşəkillərini dərc edib.

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 29-da iddia edib ki, guya Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Azərbaycanın Gəncə şəhərindəki aerodromdan havaya qalxıb və Vardenis rayonunda Ermənistanın Su-25 döyüş təyyarəsini "vurub". Pilot Valeri Danelinin öldüyü iddia olunub.

Təyyarənin qalıqlarının fotoşəkilləri yayılıb, lakin bu fotoşəkillərdən təyyarənin niyə yerə düşdüyünü müəyyən etmək çətindir. Ermənistanın Müdafiə Nazirliyi Türkiyə Qüvvələrinin hərbi əməliyyatlara cəlb edilməsinə dair "tam sübutlar" təqdim etməyi vəd edib. Azərbaycan və Türkiyə isə aviazərbələr haqqında məlumatları təkzib edib. Rəsmi Bakı qeyd edib ki, ümumiyyətlə döyüş aviasiyasından istifadə etmir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın iki Su-25 təyyarəsi dağa çırpılaraq partlayıb. Belə hallar əvvəllər də pis görüntü şəraitində Ermənistanda və digər ölkələrdə baş verib.

Təyyarə həm texniki aşınma, həm də Ermənistan hava hücumundan müdafiə vasitələrinin təsadüfi atəşi nəticəsində də düşə bilərdi. Əgər Ermənistanın Su-25 təyyarəsi həqiqətən vurulubsa, onda Ermənistanın Müdafiə Nazirliyinin mütəxəssisləri Türkiyənin F-16 qırıcısının uçuşunu nə ilə izləyiblər və niyə cavab zərbəsi endirməyiblər? Bütün bunlar qeyri-ciddi görünür.

Sentyabrın 30-da Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşündə Azərbaycana (və F-16-lara) qarşı Su-30SM qırıcılarından və "İskəndər" əməliyyat-taktiki raket sistemlərindən istifadənin mümkünlüyünə dair birbaşa cavabdan boyun qaçırıb.

Bu arada Rusiya və dünya birliyinin əksər ölkələri Bakını və Yerevanı dərhal atəşkəsə çağırırlar. Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətində münaqişə zonasında döyüş əməliyyatlarından ciddi narahatlığını ifadə edib və deeskalasiyanın zəruriliyinə diqqət çəkib. Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında hələ ki söhbət baş tutmayıb.

Əlaqədar

Ermənistan ordusu Horadiz şəhərini atəşə tutub
Erməni təxribatı nəticəsində 19 dinc sakinimizi itirdik
Rəsmi Bakıdan "Le Monde" qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı açıqlama
Tərtərdə ölümlə nəticələnən mərmi yağışı – hadisə yerindən dəhşətli kadrlar 18+
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
Teqlər:
təkzib, bəyanat, PUA, təyyarə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular