08:37 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
132 0 0

Kyoko Yamamoto: "Yaponiyada hər il səfirlik tərəfindən təşkil olunan ziyafətdə Azərbaycanın dövlət himnini oxuyuram. Azərbaycan gözəl ölkədir!"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Yapon muğənni Kyoko Yamamoto "facebook" sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib: "Azərbaycanın Dağlıq Qarabağ regionu və daha yeddi rayonu uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Otuz il bundan əvvəl baş verən işğal zamanı həmin ərazidə yaşayan azərbaycanlılar ya məhv edilib, ya da həmin ərazidən qovulub. Sentyabrın 27-də Ermənistanın Azərbaycan ərazilərinə yönəlmiş təxribatının qarşısını alan Azərbaycan əks-hücuma keçib və bu böyük bir hərbi toqquşmaya çevrilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni Azərbaycanla sıx əlaqədə olduğunu söyləyib: "2014-cü ilin sentyabrında qardaşım (təəssüf ki, keçən ay dünyasını dəyişdi) məni ilk dəfə nar meyvəsinin vətəni sayılan olan Azərbaycana aparıb. Bundan sonra Azərbaycanı təmsil edən meyvədən hazırlanan nar suyunu Yaponiyaya təqdim etmək qərarına gəldim və artıq 6 ildir ki, mən Azərbaycan Respublikası ilə sıx əlaqədə yaşayıram. 2018-ci ildə mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etdim. Yaponiyada hər il səfirlik tərəfindən təşkil olunan ziyafətdə Azərbaycanın dövlət himnini oxuyuram. Mənim Azərbaycanda televiziyasında da çıxışım olub. Azərbaycan gözəl ölkədir!"

Kyoko Yamamoto Azərbaycan mədəniyyətindən və mədəniyyət nümayəndələrindən də bəhs edib: Bu ölkənin ərazisi Hokkaydo (Yaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır - red.) boydadır. Müxtəlif mədəni elementləri özündə cəmləşdirmək səxavətinə malik olan bu ölkə eyni zamanda böyük qəlbə sahibdir. Burada qədim tarixə malik xalq musiqisi olan muğamdan çağdaş popa qədər müxtəlif musiqi növləri var. Azərbaycanda, həmçinin mənim çox sevdiyim müğənni və sənətkarlar var: Alim Qasımov, Sevda Ələkbərzadə, Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Natiq, Röya və digərləri. Müğənni-bəstəkar Tünzalə Ağayevanın oxuduğu bu mahnı yapon dilinə tərcümədə də "Biz gəlirik" mənasını verir. Bu mahnını ilk dəfə eşidəndə onun aranjmanı və gözəl ifa məni çox həyəcanlandırdı və mən ağladım. Azərbaycan xalqına sülh arzulayıram. Yaşa, yaşa, Azərbaycan!!!

Müğənni həmçinin xalq artisti Tünzalə Ağayevanın "Biz gəlirik" mahnısını və Bakı şəhərindən bir neçə foto paylaşıb. Bundan başqa, müğənni Ermənistanın Baş naziri Nikol Paşinyanın qonaq olduğu BBC-də yayımlanan "Hard talk" verilişini də paylaşıb. Qeyd edək ki, telekanalda yayımlanan "Hard talk" verilişində aparıcı Stiven Sakurun suallarını cavablandıran Paşinyan dünya ictimaiyyəti önündə özünü biabır etmişdi.

Əlaqədar

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur
Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək
Əfsanəvi hərbi diktor Azərbaycan televiziyasına qayıdır
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Əsas mövzular