17:44 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (761)
30011

Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər də bu məsələyə laqeyd qalmayıblar. Onlar sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər. Sputnik Azərbaycan onların bir qisminin paylaşımlarını təqdim edir.

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl sosial şəbəkə hesabında "Qarabağ Azərbaycandır!" yazısı ilə şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə "Instagram" izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi, nə edərdiniz?"

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru, UNESCO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi "twitter" hesabında yazır: "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!"

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi "Instagram" səhifəsindən "Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır" yazılmış şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb: "Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…"

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (761)

Əlaqədar

"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar – VİDEO
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Teqlər:
dəstək, azərbaycanlı məşhurlar, cəbhə xətti, Azərbaycan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular