23:53 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
26 0 0

Cəbhə xəttindən aralıda yerləşən Naftalan rayonunun bir kəndində ermənilərin açdığı atəş nəticəsində ikisi körpə olmaqla beş nəfər həlak olub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib. Hazırda qoşunların təmas xəttində hərbi əməliyyatlar davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində səfirlər və diplomatik nümayəndəliklərin rəsmiləri ilə brifinq zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ermənilər hər zaman azərbaycanın mülki əhalisini hədəfə alırlar:

"Cəbhə xəttindən aralıda yerləşən Naftalan rayonunun bir kəndində ermənilərin açdığı atəş nəticəsində ikisi körpə olmaqla beş nəfər həlak olub. Bu gün səhər saatlarından etibarən Ermənistan qoşunları ağır artilleriyadan Tərtəri atəşə tutur. Nəticədə qadınların işləməsi üçün nəzərdə tutulan xalçaçılıq fabrikinə zərər dəyib. Bundan əlavə, erməni hərbi birləşmələri Tərtərdə yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulan yeni qəsəbəni, polis bölməsini hədəfə almaq istəyiblər. Bundan əlavə, Ağdamda bir mülki şəxsimiz yaralanıb. Ümumilikdə erməni qoşunlarının mülki əhalini atəşə tutması nəticəsində 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb".

Əsas mövzular