23:03 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
11710

Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda eskalasiyadan narahat olduqlarını bildirərək tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa dəvət edib.  

Dövlət Departamentinin məlumatında o da bildirilir ki, münaqişədə üçüncü ölkələrin iştirakı regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

ABŞ Yerevan və Bakını Dağlıq Qarabağda vəziyyəti daha da pisləşdirə biləcək hərbi ritorika və əməliyyatlardan çəkinməyə çağırıb.

Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Əlaqədar

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Teqlər:
Dövlət Departamenti, ABŞ, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular