QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmən bu gecə də dinc durmayıb

© Sputnik / Igor Onuchin / Mediabanka keçidPulemyot atəşi
Pulemyot atəşi - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən Tərtərin işğal altında olan Göyarx, Çiləbürt, Ağdamın Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Füzulinin Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtərdəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutub

BAKI, 22 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0