22:49 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməlidir"

© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
QARABAĞ
Qısa URL
58 0 0

Səfir məhz Xocalı faciəsinin 27-ci ildönümü tarixində danışdığını vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının hər zaman sülhə hazır olduğunu bildirib

BAKI, 28 fevral — Sputnik. ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən aparıcı təhsil mərkəzlərindən biri olan Yuta Universitetinin dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti" mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çıxış zamanı E.Süleymanov ilk öncə Azərbaycanın coğrafiyası və tarixi barədə iştirakçılara qısa məlumat verib. Ölkəmizin 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika və bütün vətəndaşlarına, o cümlədən qadınlara seçki hüququ verən ölkələrdən biri olduğunu qeyd edib. Ölkəmizin zəngin neft və qaz quyularına malik olduğunu vurğulayaraq, dünyada ilk neft yatağının 1848-ci ildə məhz olkəmizdə qazıldığını iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin regionda vacib iqtisadi əhəmiyyətindən danışaraq, müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilmiş və keçirilməkdə olan iri iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri barədə ətraflı məlumat verib.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib
© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

Azərbaycanın, hətta 1991-ci ildə öz müstəqilliyini bərpa etməzdən öncə Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldığını, nəticədə ərazisinin təqribən 20 %-nin işğal edildiyini, işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi faktları barədə iştirakçılara məlumat verib. E.Süleymanov 26 fevral 1992-ci il tarixində Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımı cinayəti barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Səfir məhz Xocalı faciəsinin 27-ci ildönümü tarixində danışdığını vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının hər zaman sülhə hazır olduğunu bildirib.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib
© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

Səfir soyqırım cinayətinin bir başa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın hazırda Ermənistan Respublikasında öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirmiş və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib
© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

Bölgədə sülhün bərqərar olunması və Ermənistan Respublikasınında həyata keçirilən iqtisadi layihələrə qoşulması üçün Erməmistanın işğalçı siyasətdən əl çəkməsi və işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərindən çıxmalarının əsas amil olduğu iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra E.Süleymanov tərəfindən Yuta Universitetinin tələbə və professor heyətinin çoxsaylı sualları cavablandırılıb. Səfər çərçivəsində həmin gün səfir E.Süleymanov ABŞ-ın Yuta ştatının Senatına və Nümayəndələr Palatasına dəvət edilib və hər iki Palatda Azərbaycanla bağlı canlı təqdimat edilib. Kapitol binasında Yuta ştatı Senatının Prezidenti Styuart Adams (Stuart Adams), senator Cin Deyvis (Gene Davis), Beynəlxalq Ticarət və Diplomatiya Departamentinin Direktoru Frans Kolbla (Franz Kolb) görüşlər keçirilib.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib
© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

Yuta ştatı Senatının Prezidenti Styuart Adamsla (Stuart Adams) ikitərəfli görüş zamanı E.Suleymanov Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətlər barədə müzakirə aparıb və Solt Leyk Siti şəhərinə yenidən səfər etməsindən məmnunluğunu ifadə edib. Daha sonra E.Süleymanov Yuta ştatı Senatının iclasına qonaq qismində dəvət edilib. Senator Cin Deyvis (Gene Davis) iclasda təqdimatla çıxış edərək ölkəmizin tarixi barədə qısa məlumat verib, ölkəmizin hətta ABŞ-dan öncə qadınlara seçki hüququ verən ölkələrdən biri oluduğunu qeyd edib. Ölkəmizin regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu və İsrail dövləti ilə sıx əməkdaşlıq edən ölkə olduğunu qeyd edib.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib
© Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi
Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib

Eyni zamanda səfir E.Süleymanov Yuta ştatının Nümayəndələr Palatasının iclasına da qonaq qismində dəvət edilib. Respublikaçılar partiyasından olan Nümayəndələr Palatasının üzvü Erik Hatçinqs (Eric Hutchings) ölkəmiz barədə təqdimatla çıxış edib. Hər iki palatada Azərbaycanla bağlı təqdimatlar canlı yayımda nümayiş etdirilib.

Əlaqədar

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər
Ermənilər rusiyalı deputatların Xocalı yürüşündə iştirakına qəzəbləniblər
Xocalı soyqırımı Rusiya siyasi dairələrində qəzəb oyadıb: "Bəşəriyyətə qarşı cinayətdir"
"Xocalı faciəsi Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmalıdır”
Teqlər:
Azərbaycan, səfir, Elin Süleymanov, ABŞ, Dağlıq Qarabağ

Əsas mövzular