23:53 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
139 0 0

Bəyanatda qeyd edilir ki, baş katib həmsədrlərin təmas xətti boyunca insidentlər və son bəyanatlarla bağlı narahatlığını bölüşür

BAKI, 30 sentyabr- Sputnik. BMT-nin baş katibi Antonio Quttereş sentyabrın 26-da BMT-nin Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bu barədə baş katibin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, baş katib həmsədrlərin təmas xətti boyunca insidentlər və son bəyanatlarla bağlı narahatlığını bölüşür.

O, bir daha BMT-nin həmsədrlərin mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edib, tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün etimadın möhkəmləndirilməsinə və lazımi siyasi iradənin gücləndirilməsinə çağırıb.

Teqlər:
XİN başçıları, münaqişə, danışıqlar, Qarabağ, BMT-nin baş katibi Antonio Quttereş

Əsas mövzular