15:49 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
MDB dövlət başçıları Şurasının Düşənbədəki görüşü

Paşinyan nədən danışır: Düşənbə görüşündəki üç məqam, yoxsa baş nazirin yuxusu?

© Sputnik / Алексей Дружинин
QARABAĞ
Qısa URL
5737 0 0

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür

BAKI, 29 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Sputnik-Ermənistan xəbər verir ki, bu barədə erməni baş nazir “Facebook”da keçirdiyi canlı yayımda bildirib.

“Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, — baş nazir qeyd edib.

Onun sözlərinə görə, onları ilk dəfə Rusiya prezidenti Vladimir Putinin futbol üzrə dünya çempionatı vaxtı tanış etsə də, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməyiblər.

“Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın” — Paşinyan birinci müddəanı səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır.

“Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş verməyib. Mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib” — Paşinyan vurğulayıb.

İkinci müddəa olaraq, Azərbaycan prezidenti və Ermənistanın baş naziri dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

“Razılığa gəldiyimiz üçüncü vacib qərar bizim aramızda operativ əlaqənin təşkili oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq” — Paşinyan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür.

Baş nazir bununla belə bildirib ki, dünən axşam və bu gün ünsiyyətdə olmalarına baxmayaraq, ətraflı danışıqlar aparılmayıb.

“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi… Açığını deyim ki, razılığa gəlmdiyimiz üçün şadam” — Paşinyan vurğulayıb.

Əlaqədar

İlham Əliyevlə Nikol Paşinyanın müzakirə etdiyi mövzular məlum oldu - RƏSMİ
Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan
İlham Əliyevlə Nikol Paşinyan arasında qısa söhbət olub - VİDEO
Teqlər:
razılaşma, atəşkəs, Düşənbə, açıqlama, görüş, Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistanın baş naziri Nikol Paşinyan

Əsas mövzular