12:25 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan XİN

Azərbaycan ABŞ-a nota verdi

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
288 0 0

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

BAKI, 5 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Den Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub. Bu barədə Sputnik Azərbaycan-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, görüş əsnasında Den Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanunu və Miqrasiya Məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.

Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycan ilə ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb. Onun bu kimi qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzerian adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın Respublikasının mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, Dan Brandon Bilzeryan amerialı peşəkar poker oyunçusu və aktyordur. O, 1980-cı il dekabrın 7-də ABŞ-ın Florida ştatının Tamoa şəhərində dünyaya gəlib. Adaam adlı bir qardaşı var.

Atası erməni əsillidir. Bilzeryan 2000-ci ildə Navy SEAL təhsil proqramına daxil olub. Hərbi xidmətdən sonra Florida Universiteti Müəssisə və Kriminologiya fakültəsinə daxil olub.

Bilzeryan poker oyunçusu olaraq ən önəmli nəğd pulu "2009 Poker World Series"-a qatılaraq qazanıb. O, burada 36626 dollar qazanıb. Bundan sonra onlayn poker otağının həmtəsisçiri olub.

2010-cu ildə "Bluff Magazine" tərəfində "Twitter"-də komik poker oyunçulardından biri seçilib.

Əlaqədar

ABŞ-ın Rusiya əleyhinə sanksiyaları Azərbaycana da toxunur
Azərbaycan şirkətləri ABŞ-la İran arasında seçim etməli olacaq, amma hamısı deyil
ABŞ-da azərbaycanlı mütəşəkkil cinayətkar qrup üzvləri tutulub, ortada böyük şəbəkə var
ABŞ dövlət katibi və müdafiə naziri Azərbaycana gələ bilər
"Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər"
Teqlər:
Azərbaycan, ərazi, qanunsuz səfər, işğal, Den Bilzeryan, ABŞ, Amerika Birləşmiş Ştatları

Əsas mövzular