04:36 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycanın işğal edilmiş Ağdərə şəhəri

Cəbhədə gərgin gecə olub

© Sputnik / RIA Novosti
QARABAĞ
Qısa URL
28 0 0

Düşmən bütün istiqamətlərdə silaha əl atıb

BAKI, 8 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Əlaqədar

Cəbhədə silah səsləri susmur
Cəbhədə yenə silahlar işə düşdü, iriçaplı pulemyotlardan istifadə olundu
Cəbhədə silahlar dilə gəlib
Cəbhədə gərgin gecə olub
Cəbhədə silahlar yenidən işə düşdü
Teqlər:
mövqelərimiz, adsız yüksəkliklər, atəşkəs rejimi, Müdafiə Nazirliyi, Ermənistan silahlı qüvvələri

Əsas mövzular