23:50 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ-dan Azərbaycanın notasına cavab: "Tanımırıq"

© Foto: Wiley Wilson
QARABAĞ
Qısa URL
152902

"Gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar prosesini davam etdirəcəyik"

BAKI, 14 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən səfirliyi rəsmi Bakının notasına cavab verib. Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, cavab məktubunda deyilir:

"ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yekun Aktı prinsipləri — gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Xatırladaq ki, mart ayının 12-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim olunub.

Əlaqədar

Azərbaycan ABŞ-ın təhlükə xəbərdarlığına cavab verdi
Əhmədoğlu: “Azərbaycanın ABŞ-la münasibətləri gərginləşməyəcək”
Azərbaycanlı məşhur biznesmen ABŞ-da əməkdaşlığa cəlb olunub?
Teqlər:
rəsmi Bakı, nota, Dağlıq Qarabağ, Amerika Birləşmiş Ştatları, Ermənistan, Azərbaycan, ABŞ

Əsas mövzular