08:09 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Niderlandda yaşayan azərbaycanlıar Kamperfoeliestraat məzarlığında yerləşən Xocalı abidəsini ziyarət ediblər

Hollandiyada Xocalı faciəsi anılıb

© Photo : Azərbaycanın Niderland Krallığındakı səfirliyinin mətbuat xidməti
QARABAĞ
Qısa URL
100 0 0

Diaspora nümayəndələri Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anıb

BAKI, 26 fevral — Sputnik. Ötən gün Haaqa şəhərində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi və Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsini Niderlandda yaşayan azərbaycanlılar Kamperfoeliestraat məzarlığında yerləşən Xocalı abidəsini ziyarət edərək yad ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyindən məlumat verilib.

Məlumata görə, diaspora nümayəndələri Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anıb.

Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Kamperfoeliestraat məzarlığında yerləşən Xocalı abidəsi önündə çıxış edərkən
© Photo : Azərbaycanın Niderland Krallığındakı səfirliyinin mətbuat xidməti
Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Kamperfoeliestraat məzarlığında yerləşən Xocalı abidəsi önündə çıxış edərkən

Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili C.Mirzəyev çıxış edərək qeyd edib ki, Xocalı soyqırımı çağdaş Azərbaycan tarixinin qan yaddaşıdır. 

"Bu faciə Niderlandda yaşayan azərbaycanlılar tərəfindən də unudulmamalı və unutdurulmamalıdır. Xocalı soyqırımına siyasi hüquqi qiymət 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Məhz bu tarixdən etibarən istər ölkə daxilində, istərsə də ölkə xaricində bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Hazırda bir sıra ölkələrdə Xocalı soyqırımı parlament səviyyəsində tanıdılıb. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin apardığı ardıcıl və zərgər dəqiqliyi ilə düşünülmüş siyasəti nəticəsində bu faciənin müxtəlif ölkələrin siyasi gündəliyində yer alması təsadüfi deyildir. Bu il də Niderlandın müxtəlif şəhərlərində Xocalı soyqırımının yad edilməsi üçün silsilə tədbirlər keçirilir", — Mirzəyev qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib və bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində AR Prezidenti tərəfindən aparılan siyasət haqqında məlumat verib.

Türkiyə Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Alper Yüksel Azərbaycanın kədərini Türkiyənin bölüşdüyünü bildirərək Türkiyənin qardaş ölkə Azərbaycanın həmişə arxasında olduğunu vurğulayıb.

Anım mərasimində diaspor nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Azərbaycanlıların və Digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın çıxış edərək Xocalı ilə bağlı öz fikirlərini bölüşüblər.

Əlaqədar

Mübariz Mənsimov: "Xocalı sakinləri Azərbaycan vətəndaşı olduqları üçün öldürülməyiblər"
Əli Babayev deyir ki, Gürcüstanda Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir
Prezident Xocalı abidəsini ziyarət edib
Xocalı soyqırımının 26 ili tamam olur
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Əsas mövzular