00:59 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli

Prezident Xocalı abidəsini ziyarət edib

© Photo: Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi
QARABAĞ
Qısa URL
103 0 0

İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

BAKI, 26 fevral — Sputnik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak ediblər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.

Əlaqədar

Ailəsini Xocalıda itirən qadın: "İçəri keçəndə, təzə keçinmişdi, bədəni isti idi..."
Xocalı soyqırımının 26 ili tamam olur
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Rizvan Hüseynov: “Xocalı təkcə Azərbaycan xalqının faciəsi deyil”
Politoloq: “Xocalı soyqırımını tanımaq Avropanın maraqlarına uyğun deyil”
Teqlər:
fevral, soyqırımı, anım mərasimi, Xocalı, Mehriban Əliyeva, İlham Əliyev, Azərbaycan, təcavüz, prezident, erməni

Əsas mövzular