07:25 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
QARABAĞ
Qısa URL
87

Prezident: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək

BAKI, 30 yanvar — Sputnik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

O, məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisinin davam etdiriləcəyini, bu məsələyə çox böyük diqqət göstərildiyini bildirib.

İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

İlham Əliyev bu günə qədər 265 min köçkünün yeni evlərlə, mənzillərlə təmin edildiyini deyib.

"Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib — 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib", — deyə prezident əlavə edib.

"Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır", — deyə dövlət başçısı bildirib.

Əlaqədar

İlham Əliyev Davosda vacib görüşlər keçirib
Prezident İlham Əliyev əsas məqsədi açıqladı
İlham Əliyev təhsil nazirinin müavinini vəzifəsindən azad edib
Teqlər:
Şıxarxı, Cocuq Mərcanlı kəndi, Dağlıq Qarabağ, Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan

Əsas mövzular