07:42 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
QARABAĞ
Qısa URL
88310

Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib

BAKI, 9 avqust — Sputnik. Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib.

Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun artilleriya divizionunda isə yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.

Əsas mövzular