QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

© Sputnik / Murad OrujovГерб Министерства Обороны Азербайджанской Республики
Герб Министерства Обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Abbasov cəbhənin Ağdam istiqamətində həlak olub. Çingiz Abbasov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub.

BAKI, 11 mart — Sputnik. Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Sputnik Azərbaycan-ın məlumatına görə, Çingiz Abbasov cəbhənin Ağdam istiqamətində həlak olub. Çingiz Abbasov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub.

Xəbər lenti
0