QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhəyanı kəndin sakini: "Heç yerə getməyəcəyik, hamı öz ev-eşiyindədir"

© Sputnik / Ramil IbrahimovЖители села Сарыджалы Агдамского района
Жители села Сарыджалы Агдамского района - Sputnik Azərbaycan
Abunə olmaq
Sarıcalı kənd sakini Sumbat Dadaşov deyir ki, sosial şəbəkələrdə kimlərinsə məqsədli şəkildə guya insanların kəndləri tərk etdiyi barədə yaydığı xəbərlər tamamilə əsassızdır

Ramil İbrahimov, Sputnik Azərbaycan

Ağdamın Sarıcalı kəndi təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindəndir. 2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlər zamanı rayonun ən çox zərər görən kəndlərdən biri olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ordusunun atəşkəsi pozması da kənd ərazisindən aydın hiss olunub. Təmas xəttində onlarla mərmi partlayışının səsi eşidilib. Sakinlər deyir ki, atılan mərmilər kənd ərazisinə düşməsə də, hər dəfə cəbhədə vəziyyətin gərginləşməsi onların həyat şəraitinə mane olur. Dolanışığı əkinçilik və maldarlıq olan kəndlinin təsərrüfatda işləri ləngiyir.

© Sputnik / Ramil IbrahimovFevralın 24-dən 25-nə keçən gecə Ermənistan ordusunun atəşkəsi pozması Sarıcalı ərazisindən də aydın hiss olunub
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ordusunun atəşkəsi pozması Sarıcalı ərazisindən də aydın hiss olunub - Sputnik Azərbaycan
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ordusunun atəşkəsi pozması Sarıcalı ərazisindən də aydın hiss olunub
 

"İşləyə bilmirik, işlədiyimiz yerdə atarlar, gələr düşər sahəyə. Bu dəqiqə istixanada əkin aparmalıyiq, edə bilmirik, toyuq-cücəmizi alıb saxlaya bilmirik, yəni, kəndlinin dolanışığı budur, bu da ki belə. Amma heç hara çıxmamışıq. Heç apreldə heç yerə getmədik, həmişə bu kənddə olmuşuq" – kənd sakini Etibar Quliyev bildirir. 

© Sputnik / Ramil IbrahimovEtibar Quliyev
Etibar Quliyev - Sputnik Azərbaycan
Etibar Quliyev

Sakinlər də təsdiqləyir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan tərəfi gecə satlarından etibarən artilleriyadan istifadə etməklə atəşkəsi pozub. Yalnız bundan sonra Azərbaycan ordusu cavab atəşi açıb. Təmas xəttində saat 4 radələrində başlayan döyüş təqribən saat yarım davam edib. Cəbhədəki sükut isə, səhərə yaxın Azərbaycan ordusunun artilleriya zərbələrindən sonra bərpa olunub. Kənd sakini Sumbat Dadaşov deyir ki, sosial şəbəkələrdə kimlərinsə məqsədli şəkildə guya insanların kəndləri tərk etdiyi barədə yaydığı xəbərlər tamamilə əsassızdır. Bunun sübutu kimi sahibi olduğu mağazanın gecə saatlarında da açıq olmasını göstərir. 

"Dünən gecə atdılar, bizimkilər də onların layiq olduqları cavabı verdi. İndi də görürsüz gecədir. Hamı ev-eşiyindədir və ya burada alış-veriş edir. Biz Ali Baş komandanın əmiryilə döyüşə də bilərik" – deyir Sumbat Dadaşov.

© Sputnik / Ramil IbrahimovKənd sakini Sumbat Dadaşov
Kənd sakini Sumbat Dadaşov - Sputnik Azərbaycan
Kənd sakini Sumbat Dadaşov

Ermənistan ordusu cəbhədə törətdiyi təxribatlarla mülki əhalinin həyat şəraitini nə qədər çətinləşdirsə də, heç kim doğma yurdunu tərk etmək fikrində deyil. Sadə insanlar ermənilərin işğal etdikləri torpaqların sülh yolu tərk etməyəcəyi təqdirdə Azərbaycan ordusunun yanında olmaq və cəbhədəki erməni təxribatını sona çatdırmaq üçün silaha sarılmağa hazırdırlar.

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Xəbər lenti
0