13:50 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
285 0 0

Cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumat yayanlara sərt xəbərdarlıq edildi

BAKI, 30 yan — Sputnik. Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən açıqlamada bildirilir.

Cəbhə bölgəsi
© Sputnik / Ramil Ibrahimov

Qeyd olunur ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: "İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır".

"Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik" — nazirlik əlavə edir.

Əlaqədar

Düşmən əsgərləri ilə üz-üzə...
Ombudsman əsgərin cəsədinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib
Ermənistan əsgərimizin nəşinin qaytarılması müraciətlərinə cavab vermir
Müdafiə naziri əsgərlərlə birgə nahar edib
Teqlər:
həlak, Silahlı Qüvvələr, hərbi qulluqçu, sosial şəbəkə, araşdırma, əsgər

Əsas mövzular