16:26 28 İyun 2017
Canlı yayım
Cəbhə bölgəsi

Erməni hərbçiləri atəşkəs rejimini pozublar

© Foto: STR
QARABAĞ
Qısa URL
109 0 0

Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 11 yan — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əlaqədar

Ordumuzun mövqeləri atəşə məruz qalıb
Ermənistan silahlı bölmələri atəşkəsi 44 dəfə pozub
Atəşkəs 44 dəfə pozulub
Atəşkəs pozulması halları davam edir
Ermənistan atəşkəs rejiminə əməl etmir
Düşmən mövqelərimizi qumbaraatanlardan atəşə tutub
Teqlər:
silahlı, Qazax, atəşkəs, mövqe, erməni

Əsas mövzular