15:42 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
İşğal altında olan Xocavənd rayonu. Arxiv şəkli

Düşmən atəşkəsi pozmaqda davam edir

CC BY-SA 2.0 / ogannes / Аскеранская крепость
QARABAĞ
Qısa URL
1011

Ermənilər atəşkəs rejimini ümumilikdə 123 dəfə pozublar. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

BAKI, 18 may — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

Əlaqədar

Ştaynmayer: tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram
Atəşkəs rejimi 119 dəfə pozulub
Ermənistan silahlı bölmələri atəşkəsi 124 dəfə pozub
Ermənistan atəşkəsi pozdu, cavabını artıqlaması ilə aldı
"Atəşkəs"in 22-ci ildönümü tamam olur
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 127 dəfə pozublar
Rusiya Ermənistanı atəşkəsi pozacaq addımlardan çəkinməyə çağırıb
Teqlər:
erməni silahlı bölmələri, Azərbaycan Silahlı Qüvvələri, atəşkəs, cəbhə

Əsas mövzular