Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

İki xalqın Qarabağda birgə yaşayışı mümkündürmü?

Abunə olmaq
Fikri öyrənilən azərbaycanlıların 60 faizindən çoxu belə hesab edir ki, Qarabağda ermənilərlə birgə yaşayış qeyri-realdır. Respondentlərin yalnız 4,8 faizi bunun yaxın gələcəkdə mümkün ola biləcəyini deyib.

Sosial Tədqiqatlar Mərkəzi azərbaycanlıların Dağlıq Qarabağda ermənilərlə birgə yaşayışa münasibətini öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Sorğuda 603 respondent iştirak edib ki, onların da 25,5 faizi kişilər, 74,5 faizi qadınlardır.

Fikri öyrənilən azərbaycanlıların 60 faizindən çoxu Qarabağda ermənilərlə birgə yaşayışın qeyri-mümkün olduğunu bildirib. Respondentlərin yalnız 4,8 faizi yaxın gələcəkdə bunun mümkün ola biləcəyinə inamını ifadə edib.

Sorğu Bakı və Abşeronu, eləcə də ölkənin yeddi iqtisadi rayonunu əhatə edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan (Bakı vaxtı ilə 01:00-dan) etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılığa gəliblər.

Bəyanata uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılıb.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0