18:09 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
HADİSƏ
Qısa URL
Bakının son xəbərləri (59)
17 0 0

"Azərbaycan Dəmir Yolları" QSC bu gün Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi barədə ictimaiyyətə açıqlama verib.

BAKI, 30 iyun — Sputnik. Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi açıqlanıb. Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumatda qeyd olunub ki, hazırda bir xətdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb. Bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı olsa da, yarım saatdan çox gecikib.

Qeyri-sabit hava şəraiti

Azərbaycan ərazisində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bakı və Abşeron yarımadasında, aran rayonlarında günlərdir havanın temperaturu 40-43 dərəcə Selsi arasında dəyişir, ölkənin qərb, şimal-qərb rayonlarında, dağlıq ərazilərdə isə külək və yağış müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-na olan məlumatına görə isə, bu gündən Bakıda və Abşeron yarımadasında

şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Eləcə də oxuyun:

Mövzu:
Bakının son xəbərləri (59)
Teqlər:
Bakı, külək, sürət qatarı, ağac

Əsas mövzular