Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada illərdir axtarışda olan şəxsin mumiyalanmış cəsədi tapılıb

© AP Photo / Dieu Nalio CheryMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki ildir ki, atası ilə görüşə bilməyən qız Kazandakı evlərinə gəldiyi zaman dəhşətli qoxu hiss edib.

BAKI, 12 dekabr — Sputnik. Rusiyada uzun illərdir ki, axtarışda olan şəxsin mumiyalanmış cəsədi tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiya kəşfiyyatının axtardığı və iki ildir ki, haqqında məlumat olmayan şəxsin Kazanda bir evdə mumiyalanmış cəsədi tapılıb.

Змея - Sputnik Azərbaycan
Nadir xəstəlik ilanları mumiyaya döndərir - FOTO

59 yaşlı kişinin cəsədi qızı tərəfindən aşkar edilib. İki ildir ki, atası ilə görüşə bilməyən qız Kazandakı evlərinə gəldiyi zaman dəhşətli qoxu hiss edib. Yataq otağına gedən zaman qızı atasının mumiyalanmış cəsədini aşkarlayıb. Qız bu barədə polisə məlumat verib.

Hazırda mumiyalanmış şəxsin kimliyi müəyyənləşdirilib. Şəxsin kim tərəfindən mumiyalandığı hələ müəyyən edilməyib. Araşdırma zamanı mumiyanın olduğu evin 3500 dollar kommunal borcu olduğu da ortaya çıxıb.

Xəbər lenti
0