14:03 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
24 0 0

Hadisə ilə bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər" maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 2 noyabr — Sputnik. Rusiyanın Kazan şəhərində "Kristall" hoteldə 31 uşaq otelin restoranında yemək yedikdən sonra zəhərlənib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qidalanmadan sonra 6-10 yaşlı 31 uşaqda zəhərlənmənin əlamətləri müşahidə edilib. Uşaqlardan 6-sı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər" maddəsi ilə cinayət işi başlanılıb. Bundan əlavə, hadisə yerinə baxış keçirilib, bəzi ərzaq məhsullar və lazımi sənədlər götürülüb.

Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Əsas mövzular