Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağıstanda azərbaycanlı faciəli şəkildə öldü

© Sputnik / Igor AgeyenkoСтроительство жилых домов, фото из архива
Строительство жилых домов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni ailə quran Elvin Dağıstana bir neçə həftə öncə gedib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Şabran rayon sakini, 25 yaşlı Bəşirov Elvin Əşrəf oğlu Dağıstanda səkkizmərtəbəli binadan yıxılaraq ölüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Bir qrup azərbaycanlı ilə Dağıstan Respublikasında inşaatda fəhlə işləməyə gedən E.Bəşirov ayağı sürüşərək yıxılıb və hadisə yerində dünyasını dəyişib.

Onu da qeyd edək ki, yaxınların Sputnik Azərbaycan-a verdikləri məlumata görə, Elvin avqust ayında ailə həyatı qurub. Yeni ailə quran Elvin Dağıstana bir neçə həftə öncə gedib.


Xəbər lenti
0