Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycana COVID-19-la mübarizədə kömək üçün əlindən gələni edir - Səfir

© Sputnik / Murad OrujovПосол России в Азербайджане Михаил Бочарников
Посол России в Азербайджане Михаил Бочарников - Sputnik Azərbaycan, 1920, 02.05.2021
Abunə olmaq
Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

BAKI, 2 may — Sputnik. Rusiya tərəfindən qardaş Azərbaycana koronavirusla mübarizədə yardım üçün hər şey edilir. Bu sözlər Azərbaycana göndərilmiş Rusiyanın "Sputnik V" peyvəndinin Bakıda qarşılanmasında iştirak edən RF səfiri Mixail Boçarnikova məxsusdur.

"Çox şadıq ki, Rusiya vaksini Azərbaycan torpağına Pasxa günündə gəlib. Rusiya peyvəndi Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsinə öz töhfəsini verəcək. Onun effektivliyi 97 faizdir. Rusiya tərəfindən qardaş Azərbaycana bu mübarizədə kömək etmək üçün hər şey edilir", - səfir deyib.

Bu gün Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələri qarşılayıb.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Xatırladaq ki, ötən ilin avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

 

Xəbər lenti
0