14:24 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
10 0 0

Söhbət yalnız vaksinin birtərəfli qaydada tədarükündən getmir, həmçinin bu vaksinin birgə istehsalından gedir.

BAKI, 29 dekabr — Sputnik. Türkiyə və Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndi ilə bağlı əməkdaşlığı müsbət şəkildə inkişaf edir. Söhbət yalnız tədarükdən deyil, həm də birgə istehsaldan gedir.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

""Sputnik V" vaksininə gəlincə... Ötən gün Nazirlər Kabinetinin iclasında səhiyyə naziri bildirdi ki, bu əməkdaşlıq normal məcrada gedir. Söhbət yalnız vaksinin birtərəfli qaydada tədarükündən getmir. Söhbət, həmçinin bu vaksinin birgə istehsalından gedir. İş müsbət istiqamətdə gedir", - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla Soçidə görüşüb. 

 

Teqlər:
Soçi şəhəri, Soçi, Koronavirus, epidemiya, COVID-19, Sergey Lavrov, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Rusiya, Türkiyə

Əsas mövzular