18:03 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
25 0 0

Mişra bildirib ki, əgər özünüzdə 2-3 gün virusun əlamətlərini hiss edirsinizsə, mütləq həkimə müraciət etmək lazımdır.

BAKI, 22 dekabr — Sputnik. "Qırmızı zona"da çalışan cərrah, anestezioloq-reanimatoloq Alok Mişra, koronavirus zamanı özünü müalicənin təhlükəli olduğunu deyib.

Onun sözlərinə görə, insanlar özlərini kritik vəziyyətə gətirir, böyük dozada antibiotik qəbul edir və xəstəxanaya yerləşməni təxirə saldıqları üçün reanimasiyaya düşürlər.

Həkim uşaqlarının xəstəxanaya buraxmadığı və evdə müalicə alan bir qadını misal gətirərək bildirib ki, bir neçə həftə sonra qadın antibiotiklərin məhv etdiyi müqavimətlə xəstəxanaya çatdırılıb. Həkimlər ona kömək etməyə çalışsalar da, edə bilməyiblər.

Ağır koronavirus hallarında xəstələrin ağciyərləri qan laxtaları ilə tıxanır.

Mişra bildirib ki, əgər özünüzdə 2-3 gün virusun əlamətlərini hiss edirsinizsə, mütləq həkimə müraciət etmək lazımdır.

İki həftədən sonra isə pnevmaniya əlamətlərini qaçırmamaq üçün KT müayinəsindən keçmək lazımdır: "Vəziyyətinizi də diqqətlə izləməlisiniz. Bir insanın ürək problemi və ya şəkərli diabet xəstəliyi yoxdursa, o zaman xəstəliyi asanlıqla və həyatını riskə atmadan keçirə bilər".

Bir müddət əvvəl isə, infeksionist Mariya Myasnikova evdə müalicə alan COVID-19 xəstələrinə qarnı üstə uzanmağı və çoxlu maye qəbul etməyi məsləhət görmüşdü.

O bildirmişdi ki, tənəffüs məşqləri etmək və fiziki fəaliyyətdən uzaq olmaq lazımdır.

Terapevt Andrey Kondraxin isə qeyd edib ki, koronavirus müalicəsi erkən dayandırılsa, o zaman şəxs yenidən xəstəxanaya daxil olma riski daşıyır. Xəstəxanadan çıxdıqdan sonra təyin olunmuş dərmanları sona qədər bitirməyə, həmçinin qanı izləməyə və xəstəxanadan çıxdıqdan iki həftə sonra ikinci analizi verməyə çağırıb.

Əsas mövzular