02:59 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
190321

Rusiyalı həkimlər malyariya əleyhinə dərmanın koronavirusla mübarizədə effektiv olacağını bəyan ediblər.

BAKI, 28 mart - Sputnik. Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin "Farmzaşita" elmi-istehsalat müəssisəsi "Mefloxin" malyariya əleyhinə dərmanının əsasında koronavirus yoluxmasının müalicəsi sxemini hazırlayıb. Bu barədə agentliyin saytında məlumat verilir.

"Yüksək selektiv xüsusiyyətlərə malik preparat koornavirusun hüceyrə səviyyəsində sitopatik effektini bloklayır və onun törəməsinə mane olur, mefloxinin immunosupressiv təsiri isə virusun yaratdığı iltihabın qarşısını alır. Makrolid antibiotiklərinin və penisillinlərin əlavə edilməsi nəinki bakterial-virus sindromunun yenidən əmələ gəlməsinə imkan vermir, həmçinin qan plazmasında və ağciyərlərdə antivirus vasitələrinin cəmləşməsini yüksəldir. Bu, müxtəlif ağırlıqlı koronavirus infeksiyası xəstələrinin effektiv müalicəsinə imkan verir", - FTBA rəhbəri Veronika Skvortsova bildirib.

Əsas mövzular