02:48 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
3610

“Sirkon” bir zərbə ilə 6 milyard funt dəyərində iki yeni Britaniya eskadra mina gəmisini vura bilər.

BAKI, 28 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Zapolyaryedə və Şimal dəniz yolunda NATO-nun və ABŞ HDQ-nin güc vasitəsilə təzyiq cəhdlərinə Rusiya hipersəs “Sirkon”ların buraxılışları ilə cavab verir.

“Tərəfdaşlar” belə arqumentlərə cavab verməyə texnoloji olaraq hazır deyillər. Onlara ancaq beynəlxalq hüquq arenasında öz sərhədlərini və milli maraqlarını müdafiə edən Rusiyanın ünvanına böş ittihamlar və bəyanatlar vermək qalır.

Şimal donanmasının raket gəmiləri diviziyasından 22350 layihəsinin baş freqatı "Sovet İttifaqı Donanmasının admiralı Qorşkov" martın 24-də döyüş hazırlığı vəzifələrinin yerinə yetirilməsi , raket-artilleriya silahları ilə dəniz hədəflərinə atəş və “Sirkon” hipersəs raketlərinin sınaqları üçün Barens dənizinə çıxıb.

“Admiral Qorşkov”un 800 km-dək raket atəşləri 25-27 martda uğurla həyata keçirilib və NATO-dan olan “tərəfdaşlar”ın yüksək marağına səbəb olub. ABŞ və NATO-nun hərbi-dəniz qüvvələri saatda 10 min kilometr sürətlə uçan “Sirkon”u aşkar edən radiolokasiya vasitələrinə malik deyillər. Ümumilikdə Arktikaya nəzarət etmək arzusu alyansın texnoloji imkanları ilə üst-üstə düşmür.

May ayında “Sirkon”un dövlət sınaqları başlayacaq, bir  neçə buraxılış həyata keçiriləcək. Buraxılışın ikisi “Severodvinsk” atom sualtı qayığından həyata keçirilməlidir.

Sınaqlar seriyası 2016-cı ildən davam edir. RF Müdafiə nazirliyi 2022-ci ilin birinci yarısında “Sirkon”u döyüş növbəsinə qəbul edəcək.  Rusiya öz sərhədləri yaxınlığında hərbi bazalar şəbəkəsinin və raket mövqelərinin genişlənməsinə adekvat reaksiya verməyə məcbudur. Moskva Şimal dəniz yolunu “sərbəst dənizçilik” ifadəsinin genişləndirilmiş izahlarından və ABŞ və NATO HDQ-nin hərbi gəmilərinin Zapolyaryedə Rusiya sərhədləri yaxınlığında destruktiv mövcudluğundan sərt şəkildə qorumaq fikrindədir. “Sirkon” Şimal donanmasının arqumentlər spektrinin bir üzvüdür.

Hədəflər və vasitələr

Ələkeçməz və qüdrətli "Sirkon"lar xatırladırlar ki, təcavüzkar mütləq cəzasını çəkəcək, NATO isə bəşəriyyətin ən yaxşı və ya ən böyük hissəsi deyil. Müxtəlif yönümlü onlarla dövlətin hərbi ittifaqı planetin əhalisinin yalnız 10%-nin maraqlarını təmsil edir və qonşularına davranış qaydalarını diktə edə bilməz.

Bərabərhüquqlu dialoqu qərbli “tərəfdaşlar” inkar edirlər. NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair martın 24-dəki mətbuat konfransında baş katib Yens Stoltenberq bəyan edib ki, alyans Rusiya tərəfdən raket təhlükəsinin artdığını görür və ona cavab vermək niyyətindədir. Düzdür hələlik cavab vermək üçün alət yoxdur. Pentaqon hipersəs raketlərini yalnız 2028-ci ildə almağa ümid edir. Yəqin ki, Brüsseldə və Vaşinqtonda ümid edirlər ki, yüksək bəyanatlar və əsassız ittihamlar metafiziki şəkildə “Sirkon”un uçuşunu və alyansdan asılı olmayan Rusiyanın normal, dinc inkişafını saxlayacaq.

NATO-nun Baltik və Qara dəniz bölgələrində hərbi fəallığının artması ilə əlaqədar, RF-nin müdafiə qabiliyyəti yaxın illərdə müvafiq olaraq artacaq. Moskva alyansın hərbi təhdidlərinə səbrlə, asimmetrik cavab verir. Rusiyaya onlarla ölkədə yüzlərlə baza lazım deyil.

Dəniz ruhu

Rusiya HDQ-nin hərbi gəmilərində və sualtı qayıqlarında yeni hipersəs raket kompleksləri “Kalibr” yüsək dəqiq qanadlı raketlərinin imkanlar spektrini genişləndirəcəklər və dəniz döyüşünün taktikasını, Dünya okeanında qüvvələr balansını əsaslı şəkildə dəyişəcəklər. Açıq mənbələrdən məlumdur ki, standart “Sirkon”lar səs sürətindən 9 dəfə sürətlə uçacaq (saatda 11 min km-ə yaxın), min kilometrdən uzaqdakı hədəfləri vuracaqlar. Buraxılış üçün ZS-14 unversal gəmi atəş kompleksindən istifadə olunacaq. Rusiya Müdafiə nazirliyinin məlumatına əsasən, “Admiral Naximov” kreyseri, “Admiral Qorşkov” tipli freqatlar, 20385 layihəsinin korvetləri (“Qremyaşiy”), 22350, 23560 layihələrinin suüstü gəmiləri və 885, 885M, 949AM layihələrinin atom sualtı qayıqları “Sirkon”larla silahlanacaqlar.

Hipersəs raketləri mövcud RƏM sistemləri üçün əlçatmazdırlar, ona görə də hərbi münaqişələrin gedişinə əhəmiyyətli təsir göstərəcəklər. "Sirkon" saniyələr ərzində düşmənin HƏM zonasını keçməyə qairdir. Misal üçün, Britaniya Kral donanmasının müasir HƏM vasitələri saatda 3700 kim-dək sürətlə uçan hava hədəflərini vura bilirlər. “Sirkon” bir zərbə ilə 6 milyard funt dəyərində iki yeni Britaniya eskadra mina gəmisini vura bilər. Hipersəs raketinin kinetik enerjisi ABŞ-ın Arleigh Burke tipli eskadra mina gəmisini ikiyə bölməyə bəs edir. Birləşmiş Ştatlarda "Sirkon"u nüvə təhlükəsindən qorunmaq üçün “asimmetrik silah” yaratmaqda “kvant sıçrayışı” adlandırıblar.

Sadəcə özünün mövcudluq faktı ilə “Sirkon” NATO-nun hərbi-dəniz qüvvələrini taktikalarını prisipial olaraq korrektə etməyə və hava əleyhinə müdafiə texnologiyaları sahəsində Rusiyaya “çatmağa” məcbur edir. Kompleks Rusiya hərbi gəmilərindən və ərazi sualrından təhlükəsiz məsafənin artırılmasını təmin edib, manevr üçün əməliyyat məkanını daraldıb. “Xüsusi dövrdə” düşmənin aviadaşıyıcı zərbə qrupları (AZQ) “Sirkon”ların əlçatanlığı zonasından kənarda durmağa məcbue olacaqlar, yəni, Rusiya HDD-nin suüstü gəmilərindən 1000 kim-dən də çox məsafə saxlayacaqılar. Rusiya sualtı gəmilərinin yüksək məxfiliyi AZQ-ləri “Sirkon”lar üçün Dünya okeanının istənilən rayonunda asan hədəf edəcək (təxminən 2025-ci ildən).

Amma yenə də qaynar plazma buludunda uçan “Sirkon” çağırış yox, NATO-nun anti-Rusiya kursuna cavabdır.

Əsas mövzular