Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

SSRİ-nin dəfni: Belovejski razılaşması və meşədə qonaqlıq

© Sputnik / Yury Ivanov / Mediabanka keçidПрезидент РФ Борис Николаевич Ельцин, Председатель Верховного Совета Беларуси Станислав Шушкевич (в центре) и президент Украины Леонид Кравчук (слева) после подписания соглашения о создании СНГ в Беловежской Пуще
Президент РФ Борис Николаевич Ельцин, Председатель Верховного Совета Беларуси Станислав Шушкевич (в центре) и президент Украины Леонид Кравчук (слева) после подписания соглашения о создании СНГ в Беловежской Пуще - Sputnik Azərbaycan
Abunə olmaq
Corc Buş öz xatirələrində yazırdı ki, Yeltsin birbaş Belovejski meşəsindəki ovçu daxmasından ona zəng vuraraq deyib: "Möhtərəm Corc, bundan hələ Qorbaçovun da xəbəri yoxdur, bu çox mühüm məsələdir, çox mühüm..."

Vladimir Bıçkov, Radio Sputnik

BAKI, 8 dekabr — Sputnik. 1991-ci ilin məhz 8 dekabr günü Belovejski meşəsində Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç MDB-nin yaradılması və SSRİ-nin mövcudluğuna xitam verilməsi barədə razılaşma imzaladılar.

Yeltsinin yaxın silahdaşı olmuş Mixail Poltaranin müsahibələrindən birində onun Belovejski razılaşmasının hazırlanmasında oynadığı rola toxunaraq demişdi:

"Yeltsin bu işdə həlledici rol oynadı. Onun heç nəyə heyfi gəlmədi, onun üçün heç bir fərqi yox idi. O, Qorbaçovla razılağa gəldi. Qorbaçovun isə ümumiyyətlə, heç nə vecinə deyildi, hər şeyə tüpürmüşdü. Onlar guya aralarında mübarizə getdiyi barədə görüntü yaradırdılar. Əslində, mübarizə-filan yox idi. Onlar sözün hərfi mənasında gecələr boyunca danışır, razılığa gəlmək üçün müzakirə aparırdılar".

Qorbaçov öz növbəsində beynəlxalq səviyyədə Sovetlər Birliyini satmaqla məşğul idi. O, hələ 1989-cu ilin dekabrın 3-də də Maltada keçirilən bir görüşdə prezident Corc Buşla (ata) birgə SSRİ və ABŞ-ın artıq düşmən olmadığını elan etmişdi. Həmin gün rəsmi şəkildə tarixə "Soyuq müharibə"nin sona çatdığı gün kimi düşdü. Bir çox politoloqlar bu görüşün nəticələrini "siyasi Çernobıl" adlandırırlar.

Buş 1985-ci ildə Qorbaçovla yenicə tanış olduğu vaxt demişdi: "Bizim vəzifəmiz ona kömək etmək deyil, ABŞ-ın maraqlarına uyğun hərəkət edərək onun siyasətini lazımi istiqamətə yönəltməkdir".

Президент РФ В. Путин принял участиев работе Инвестиционного форума ВТБ Капитал Россия зовет! - Sputnik Azərbaycan
RUSİYA
Putin Qarabağ münaqişəsinin bu yerə gəlməsində SSRİ rəhbərliyini günahlandırıb

Henri Kisincer SSRİ olmadan Şərqi Avropanı Qərbi Avropaya inteqrasiya etmək təklifini irəli sürdü. Bununla belə, Qorbaçova Şərqi Avropa ölkələrindəki dəyişikliklərin Sovet İttifaqının təhlükəsizlik maraqlarına ziyan vurmayacağını vəd etdilər.

Politoloqların sözlərinə görə, Qorbaçov geri çəkilməsi müqabilində Qərbdən maliyyə yardımı almağa ümid edirdi. Lakin 1991-ci ilin iyulunda "Böyük yeddiliyin" Londonda keçirilən zirvə görüşündə Buş (ata) onun bu arzularını darmadağın etdi. Qorbaçov Londonu sarsılmış vəziyyətdə tərk etdi. Amerika Birləşmiş Ştatları Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Brent Skoukroft vəziyyəti belə təsvir etmişdi "Qorbaçov Londona özünün hesab elədiyi kimi payına düşəni götürməyə gəlmişdi. Sanki problemin ciddiliyini anlamırdı. Lakin Buş bunun fərqində idi: "Deyəsən, oğlan darmadağın oldu, elə deyilmi?"

Gəlin, Belovejski razılaşmasına qayıdaq... Poltoraninin sözlərinə görə, "Prezidentlik ideyasını Yeltsin hələ 1989-cu ildə Amerikadan gətirmişdi. ABŞ-da bizim politoloqlarla böyük iş aparılmışdı. Yeltsen isə güclü şəkildə təsir altına düşmüşdü".

1991-ci ilin iyun ayında SSRİ Ali Sovetinin qapalı iclasında KQB-nin sədri Vladimir Kryuçkov ölkədə ən azı 2200 düşmən agentinin fəaliyyət göstərdiyini elan etdi. SSRİ-nin dağılması üçün xaricdən güclü iş aparılırdı. Bunu Corc Buş özü də açıq şəkildə etiraf etmişdi: "SSRİ üzərində böyük qələbə əldə olundu, özü də bu ölkənin öz daxili müxalifətinin əli ilə.."

Yeltsin "Prezidentin qeydləri" adlı kitabında SSRİ-nin "Belovejski meşəsində basdırılması" anında keçirdiyi hissləri belə ifadə etmişdi:

"Birdən mənə qəribə bir azadlıq, yüngüllük hissi gəldi. Mən bütün ürəyimlə bunu hiss edirdim: böyük qərarları asanlıqla vermək lazımdır..."

Və bu "asan qərar" böyük qonaqlıqla qeyd olundu. Corc Buş (ata) öz xatirələrində yazırdı ki, Yeltsin birbaş Belovejski meşəsindəki ovçu daxmasından ona zəng vuraraq deyib: "Möhtərəm Corc, bundan hələ Qorbaçovun da xəbəri yoxdur, bu çox mühüm məsələdir, çox mühüm... Artıq aramızda yaranmış ənənəni nəzərə alsaq, sizə zəng etməmək üçün on dəqiqə belə gözləyə bilmədim".

Yüz illik kədərin mənə tanışdır,

Belovejski meşəsi, Belovejski meşəsi...

Xəbər lenti
0