06:23 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
7610

İnsidentlərin qarşısının alınması və Rusiya hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz qarşılıqlı fəaliyyət təşkil olunub.

BAKI, 14 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. RF sülhməramlı qüvvələrinin Ermənistan-Azərbaycan münaqişəsi zonasında əməliyyatının qarşısındakı vəzifələrin miqyasına, sıfırdan yaradılan qoşun infrastrukturunun mürəkkəbliyinə, təhlükəsizliyin, rabitənin və nəqliyyat kommunikasiyalarının təmin olunması sisteminə görə analoqu yoxdur.

Üçtərəfli razılaşmaya əsasən noyabrın 13-dək Dağlıq Qarabağa Rusiya sülhməramlılarının ikiminlik qruplaşmasın (15-ci əlahiddə motoatıcı briqadasından) təxminən yarısı yeridilib, zirehli texnika, Mi-24 və Mi-8 helikopterləri, BTR-82A zirehli transportyorları, “Tiqr” və “Tayfun” zirehli avtomobilləri də daxil olmaqla. Sülhyaratma əməliyyatı başlayandan Ulyanovskdan Erebuni aviabazasına İl-76 ilə 56 reys həyata keçirilib, 800-dən artıq hərbçi, 119 vahid silah və hərbi texnika daşınıb. Bölmələrin Xankəndinə göndərilməsi davam edir, bu  məkan və zaman baxımından miqyaslı qoşun əməliyyatının, Cənubi Qafqazın tarixində yeni mərhələnin yalnız başlanğıcıdır. Təsadüfi deyil ki, sülhməramlı kontingentə yüksək səviyyəli və təcrübəli hərbçi (2018-dən bu yaxınlaradək Cənub hərbi dairəsinin komandan müavini), böyük döyüş təcrübəsinə malik general, Rusiya Qəhrəmanı Rüstəm Muradov komandanlıq edir.

İnsidentlərin qarşısının alınması və Rusiya hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz qarşılıqlı fəaliyyət təşkil olunub. Xankəndinə yerləşmiş rusiyalı sülhməramlıların qərargahı Ermənistan və Azərbaycanla birgə Dağlıq Qarabağdakı sülhyaratma əməliyyatının parametrlərini dəqiqləşdirir. Rusiya MDB məkanında təhlükəsizliyin qorunmasına görə xüsusi məsuliyyət daşıyır, 15-ci əlahiddə motoatıcı briqada isə xüsusi olaraq MDB, BMT, ATƏT, lazım gəldiklə Şanxay Əməkdaşlıq Təşkilatının maraqlarına uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi naminə əməliyyatlarda iştirak etmək məqsədi ilə yaradılıb.

Yüksək effektivlik nümayiş etdirərək, rusiyalı sülhməramlılar noyabrın 11-də Laçın dəhlizini, sonra isə Dağlıq Qarabağ ərazisindəki bütün təmas xəttini nəzarətə götürüblər. Xətt boyunca 10 müşahidə postu qurulub – tranzit nəqliyyatın təhlükəsiz hərəkətinin dəstəklənməsi, dinc əhaliyə qarşı qanunsuz əməllərin qarşısının alınması məqsədi ilə. Ümumilikdə “Şimal” və “Cənub” cavabdehlik zonalarında 16 müşahidəçi postu quraşdırmaq nəzərdə tutulur. Təmas xəttində həmçinin hərbi polis bölmələri patrul çəkməyə başlayırlar (sülhməramlı kontingentin tərkibində). Sadalanan tədbirlər sabitliyin möhkəmləndirilməsinə, dinc həyata keçməyə, qaçqınların öz evlərinə qayıtmasına xidmət edirlər.

Mürəkkəb gündəlik şərait

Sülhyaratma əməliyyatının qarşıdakı beş ili (ən azından) ciddi səylər tələb edir. Münaqişə zonasına qoşun birləşmələrini yeritmək işin heç yarısı deyil. Praktiki olaraq yox yerdən çox sürətlə müşahidə və nəzarət sistemini, on altı postun hər birində bölmələrin dislokasiyası üçün optimal fortifikasiya qurğularını, postlarla və yuxarı komandanlıqla etibarlı rabitə sistemini, qorunan arsenalları, yanacaq ehtiyatını, həmçinin bütün arxa infrastruktura (yeməkxana, sanitar-tibb qovşağı, hamam-camaşırxana kompleksi) malik səhra düşərgələrini yaratmaq lazımdır. Bu halda bölgənin dinc sakinlərinin iqtisadi maraqlarına və gündəlik həyatına ziyan vurmaq olmaz.

Qışda çadırlarda yaşamaq asan deyil, lakin 15-ci briqadada döyüş təcrübəsinə malik və hərbi münaqişələrdə beynəlxalq humanitar hüququn normalarını bilən etibarlı muzdlular xidmət edirlər. Peşəkarlıq və xüsusi hazırlıq rusiyalı sülhməramlıların Dağlıq Qarabağın sərt şəraitində yüksək keyfiyyətli xidmətinə və dözümlülüyünə zəmanət verir.

Ola bilsin ki, yeni “dondurulmuş münaqişə” konfiqurasiyasında kimsə ərazisini genişləndirmək (bu və ya digər tərəfə) və rusiyalı sülhməramlıların möhkəmliyini yoxlamaq istəyəcək. Cənubi Qafqazdakı ötən sülhyaratma əməliyyatlarının təcrübəsi göstərir: hərbi kolonların və patrulların yolunda minalanma, radioidarəolunan fuqasların qoyulması, dağlıq ərazidə nəqliyyatın mühasirəyə alınması, digər təxribatlar mümkündür. Sülməramlılarda ağır silahların (artilleriya, taktiki raket kompleksləri) olmaması cavabdehlik zonasında döyüş toqquşmaları və itki risklərini artırır. Xatırlatmalıyıq ki, Rusiyanın gürcü-abxaz münaqişəsi zonasında 14 illik sülhməramlı əməliyyatı ərzində müxtəlif şəraitdə 100-dən artıq rusiyalı hərbçi həlak olub. Hər bir sülhyaratma missiyası birinci günündən sonuncu gününədək barıt qoxuyur. Və hətta 15-ci briqadanın hərbçilərinin rotasiyası (ildə iki dəfə) əlahiddə döyüş əməliyyatı kimi təşkil olunacaq və burada hər bir bölmə öz vaxtını və marşrutunu biləcək.

Yaranmış reallıqlar nəzərə alınmaqla, Rusiya və Türkiyə Azərbaycanda olacaq və Dağlıq Qarabağdakı atəşkəs rejimini müşahidə edəcək birgə mərkəz yaratmaq barədə razılığıa gəliblər. Türkiyəli tərəfdaşlarımızın istəklərinə baxmayaraq, üçtərəfli razılaşmada Ankaranın sülhyaratma əməliyyatında iştirakı nəzərdə tutulmur. Bunu Rusiya XİN dəfələrlə bəyan edib. Qarabağdakı nizamlanmanın gələcəyini əcnəbi qoşunların yerləşməsi və hərbi əməliyyatların yenidən başlaması yox, danışıqlar prosesi müəyyən etməlidir.

Qarabağda qarşıda duran vəzifələrin miqyası iddia etməyə imkan verir ki, Rusiya növbəti dəfə öz üzərinə ağır yük və ciddi öhdəliklər götürüb – Cənubi Qafqazda sülhün və sabitliyin qorunması naminə.

Əsas mövzular