QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın su mənbələri: Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəmir?

CC BY 3.0 / Sergey Yakovlev / Sarsang reservoirСарсангское водохранилище
Сарсангское водохранилище - Sputnik Azərbaycan
Abunə olmaq
Fərzəli Həsənov: "Erməni Sərsəng su anbarından daim bizə zərər vermək üçün istifadə edib. Tərtərə su lazım olanda suyu kəsib, daşqın olanda, suya ehtiyac olmayanda isə su verib".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Suqovuşan, Sərsəng, Xaçınçay su anbarı, Xudafərin, Füzulidə Köndələn çayının üzərində 3 kaskad anbarlar bu illər ərzində ermənilər tərəfindən istismar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb.

Onun sözlərinə görə, erməni Sərsəng su anbarından daim zərər vermək üçün istifadə edib. Belə ki, Tərtərə su lazım olanda suyu kəsib, daşqın olanda, suya ehtiyac olmayanda isə su verib:

"Biz hələ Sərsəng su anbarını almamışıq. Qarabağın düzən hissəsinin su mənbəyi olub. Erməni deyir ki, 5 rayon qaytarılsa da, 2 rayon qaytarılmayacaq. Buna səbəb kimi isə Tərtər və Həkəri çaylarının mənbəyi Kəlbəcərdədir. Onlar bizim anbarlarımızı daim istismar ediblər. Məsələn, Xudafərin Cəbrayıl ərazisindədir. İşğaldan əvvəl Xudafərin su anbarından 12 kilometr aşağıda "Qız qalası" su qovşağı tikilirdi. İran və Azərbaycan Xudafərindən heç vaxt su götürməyib".

Mütəxəssis bildirir ki, Xudafərin su anbarının və "Qız qalası" su qovşağının layihəsi Bakıda hazırlanıb. Əslində anbar və qovşaq 1980-cı illərdə tikilməli idi: "Layihə qəribə hazırlanmışdı. Körpünün biri bənd olan yerə düşürdü. Su anbarları dərələrin əlverişli yerlərində tikilməlidir. Ən əlverişli yer bənd olan yer idi. Bizim tarixçilərin müdaxiləsindən sonra bənd tikiləcək yer bir az yuxarı sürüşdürüldü. Və körpülər su altında qalmaqdan xilas edildi".

Suqovuşan - Sputnik Azərbaycan
Suqovuşandan üç rayona suyun verilməsinə başlanılıb

Ekspertin sözlərinə görə, Azərbaycanda 140 su anbarı var. Ancaq işğal altında olan su anbarlarının ən önəmlisi məhz Sərsəng su anbarıdır. Belə ki, Sərsəng su anbarı ən əlverişli yerdə tikilib. Ermənilərin həmin ərazilərdə suvarılacaq yerləri azdır:

"Onlarda əkin sahəsi azdır. Əraziləri dərə-təpədir. Sərsəng su anbarı bizə xidmət edirdi. Ermənilər çox alçaqcasına yazırdılar ki, su anbarı elə tikilib ki, ermənilər istifadə edə bilməsin. Ancaq bunlar başa düşmür ki, anbarlar dərələrin dar olduğu ərazilərdə tikilir. Bu zaman görülən işin həcmi azalır. Sərsəng su anbarının yeri uyğun olduğuna görə orada tikilib. Dağlıq Qarabağa su o qədər də lazım deyil. Həmin yerlərə düşən atmosfer yağıntısının miqdarı buxarlanmanın miqdarından yuxarıdır".

Mütəxəssis bildirir ki, Suqovuşanın və Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatına fayda verəcək: "Bizim torpaqlar dəmyə torpaqlardır. Orada suvarma olmadan belə üzüm, taxıl əkilirdi. Məhsulumuz bol olurdu. Belə ki, taxıl əkilə ərazilərdən hektara 20-25 sentner məhsul götürürdük. Amma Kür-Araz düzənliyində Mingəçevir anbarından Xəzərə qədər Kürün, Arazın sahilləri boyu düzən ərazilərdə suvarma aparmadan 1 kiloqram da məhsul götürmək mümkün deyil".

Xəbər lenti
0