01:12 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Zəngilan

Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür

© REPORT
Tarixdə Bu Gün
Qısa URL
28 0 0

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarət olub

BAKI, 29 oktyabr — Sputnik. Ermənistan silahlı bölmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 25 il ötür. 

Sputnik Azərbaycan xatırladır ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. 

Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar. 

Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər imiş. 

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarət olub. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Əlaqədar

XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır
Qubadlı rayonunun işğal edilməsindən 25 il keçir
XİN: İşğal olunmuş ərazilərimizə klounların səfəri davam edir
Rəsmi Bakı işğal edilmiş ərazilərini azad etmək niyyətindədir – NATO ilə və NATO-suz...
Trampdan müşavirlərinə şok sual: "Venesuelanı işğal edə bilərikmi?"

Əsas mövzular