05:00 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива

Üçüncü həmsədrin fəaliyyətə başlaması

CC BY-SA 2.0 / ogannes / Askeran
Tarixdə Bu Gün
Qısa URL
24 0 0

Amerika Birləşmiş Ştatları artıq 21 ildir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda həmsədrdirlər

BAKI, 15 fevral — Sputnik. 1997-ci il fevralın 15-də Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub.

Erməni tərəfinin Fransanın Minsk qrupunda ikinci həmsədr olmasında israrını davam etdirəndən sonra Azərbaycan ABŞ-ın namizədliyini irəli sürmüşdü. Nəticədə, kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. O vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir.

Minsk Qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.

Əsas mövzular