02:37 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
372220

Bakıda Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində tədbir keçirilir. Rusiya şirkətlərinin təcrübəsindən yararlanmaq Azərbaycanın da xeyrinədir və çox səmərə verəcək.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan və Rusiya münasibətləri tarixi köklərə əsaslanır. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və ölkələrimiz arasında iqtisadi, siyasi, nəqliyyat və digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar olaraq iki ölkə arasında əlaqələrdə müəyyən problemlər oldu: "Biz tədricən ticari, iqtisadi və digər sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Əlaqələrin dinamikası qənaətbəxşdir. Bu ilin iyulundan Ələt İqtisadi Zonasının təməli qoyulub. Rusiya istehsalçıları, şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələdə ölkəmizə öz dəstəyini göstərib. Təbii ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və daha da genişləndirilməsi üçün regionda təhlükəsizliyin təminatı mühüm şərtdir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafı çox əhəmiyyətlidir. Dövlət başçılarının mütəmadi görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bugünkü tədbir sabaha ümid verir.

Nazir bildirib ki, ölkələrimiz nəqliyyat, yükdaşımada müştərək əməkdaşlıq edir. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin təcrübəsindən yararlanmaq Azərbaycanın da xeyrinədir və çox səmərə verəcək.

Rusiyalı nazir müavini: Artım bizi sevindirir 

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç çıxış edərək bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Ölkələrimiz həyatın müxtəlif sahələrində sıx əməkdaşlıq edirlər. Son 5 ayda Rusiya və Azərbaycan arasında ticarət əlaqələri demək olar ki, 4 faiz artıb. Bu, bizi çox sevindirir.

Nazir müavini qeyd edib ki, pandemiya hər bir ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Postpandemiya şəraitində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edən D.Volvaç vurğulayıb ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, kommunikasiyanın açılması region ölkələri arasında əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.

O bildirib ki, Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 20-də keçirilən görüşündə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib. Mövcud reallıq yeni yanaşmalar tələb edir.

Həmçinin oxuyun:

* Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir

Mikayıl Cabbarov sahibkarlara verilən kreditlərin məbləğini açıqladı

* Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

Əsas mövzular