20:22 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
36 0 0

Baş ofisi Sankt-Peterburqda yerləşən “Penopleks SPB” MMC-nin əsas fəaliyyət sahəsi polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır.

BAKI, 9 dekabr — Sputnik. Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penopleks SPB" şirkətinin İzolyasiya Materiallarının İstehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Rusiya İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və digər şəxslər iştirak ediblər.

Məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək “Penopolistiroldan istilik izolyasiya piltələrin istehsalı” layihəsi penopolistiroldan istilik izolyasiya piltələrin istehsalını nəzərdə tutur. İllik istehsalat həcmi 100 min kubmetr, investisiya dəyəri isə 6,5 milyon ABŞ dollarıdır. Müəssisənin ərazisi 7 hektar olacaq, iş yerlərinin sayı isə 78 nəfərdir. Layihə üzrə istehsal ediləcək məhsulların əsas satış bazarı Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.

Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov bildirib ki, bu müəssisənin açılışı iki ölkə arasındakı iqtisadi əlaqələrini düzgün istiqamətdə inkişaf etdiyini göstərir: “Bu gün, həmçinin “QAZel” avtomobillərinin istehsalı zavodunun inşası işləri ilə tanış olduq. Düşünürəm ki, gələn ilin birinci rübünün sonunda həmin zavodda istehsala başlanacaq”.

Əsas mövzular