19:25 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
185 0 0

Filmdə İkinci Qarabağ müharibəsindən sonra baş vermiş hadisələr göstərilir. Asiya adlı personajın uşaqlıq həyatı Birinci Qarabağ müharibəsinə əsaslansa da filmdəki bəzi hadisələr real faktlara dayanır.

BAKI, 25 avqust — Sputnik. Gənc rejissor Ruslan İbrahimli "Əngəlsiz sevgi" filmini lentə alıb. Bu barədə Sputnik Azərbaycan-a danışan rejissorun sözlərinə görə, film hərbi vətənpərvərlik mövzusundadır. Haqqında danışılan film qazi Müşfiq Əliyevdən bəhs edir.

Filmin qəhrəmanı doğma torpağının düşmənlərdən azad olunması uğrunda mərdliklə vuruşan zaman partlayış nəticəsində yaralanaraq əsir düşür, amma düşmən qarşısında əyilməyən hərbçi, bir müddətdən sonra gözlərini öz ölkəsində açdıqda əlil arabasına məhkum olduğunu görür. Asiya isə sadə həyat sürən bir şəhid qızıdır. O, xəstəxanalarda könüllü olaraq tibb bacısı işləyir. Sonra isə yaralı Müşfiqin baxıcısı olaraq işləməyə qərar verir.

Filmdə İkinci Qarabağ müharibəsindən sonra baş vermiş hadisələr göstərilir. Asiyanın uşaqlıq həyatı Birinci Qarabağ müharibəsinə təsadüf etsə də, filmdəki bəzi hadisələr real faktlara əsaslanır:

"Filmin çəklişi 5 ay davam etdi. Daha sonra film İngiltərənin beynəlxalq The Lift-Off Global Network film festivalı tərəfindən seçildi. Filmin primyerası 1 həftə ərzində baş tutdu. Festivalda 23 ölkədən filmləri izlədilər. Bizim film proqrama daxil edilmiş 113 film arasında 69-cu sırada yer alıb. Müsabiqədə olan filmmeykerlərin bəziləri erməni əsilli rejissorlar idi. Filmdə Azərbaycan bayrağı dalğalanırdı. Film öz vəsaitim hesabına çəkilib. 157.69 dollarlıq az bir büdcəli filmin bu qədər uğurlu olacağını bilmirdim".

Rejissor özü də həmin filmdə əsas rollardan birini ifa edib: Ruslan İbrahimli (Müşfiq), Aytən Nəbiyeva (Asiya), Melisa Məmmədova (Balaca Asiya) və Ramal Əmirxanov (Balaca Müşfiq).

Üç nəfər ayrı-ayrı qazinin onlara xəstəxanada tibbi xidmət edən tibb bacısı ilə evləndiyi xəbəri Ruslanı da təsirləndirib. Əsrlikdə olan qazilərimizin müharibədən sonra yaranan psixoloji travmaları haqqında və fiziki məhdudiyyətli insanların cəmiyyətdə evlilik, sosial və psixoloji vəziyyəti ilə bağlı araşdırma aparan rejissor film sahəsinin ən kiçik qolu olan cinemobil kateqoriyasında filmi çəkməyə qərar verib.

"Daha öncə mənim komandamdan olan Aytən Nəbiyevaya Asiya obrazını canlandırmağı üçün təklif etdim. Ən çətini Qazi Müşfiq Əliyev, ad və soyad, təbii ki, uydurma idi, personajını tapmaq idi. Neçə dəfə Müşfiq obrazı üçün təkliflər etsəm də heç kim əlil arabasında oturmaq istəmirdi. Nəhayət Müşfiq obrazına özüm çəkiləsi oldum. İki ay ərzində həm ssenarisini yazırdım, həm də Müşfiq obrazını məşq edirdim".

Qeyd edək ki, rejissor öz şəxsi büdcəsi hesabına şəhidlər haqqında qısametrajlı sənədli filmlər də çəkib. Onun sözlərinə görə, həmin filmləri maraqla qarşılayan tamaşaçılar həmin şəhid ailələrinə yardım ediblər.

"Dörd nəfərlik komanda yaratmışdım. Komandada mən - rejissor və ssenari müəllifi olaraq, Yusif Qoca - aparıcı və mətn diktoru olaraq, Aytən Nəbiyeva - mətn diktoru və araşdırmaçı olaraq və Xədicə Amanova - mətn diktoru olaraq çalışırdıq. Mən sənədli filmləri fərqli bir konseptdə hazırlayırdım. Heç bir aktyordan istifadə etmədən tamamilə şəhid ailəsinin ağrı və acılarını olduğu kimi çəkmək istəyirdim. Çəkilişdən öncə onları dinləyirdim, danışdıqları hadisəyə bədiilik və ədəbilik qataraq ssenarini yazırdım. Yusif Qoca həm də aktyor olduğu üçün şəhid ailəsindən icazə alaraq şəhidin dilindən yazdığım sözləri səsləndirirdi".

Həmçinin oxuyun:

Əsas mövzular