QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atasının qisasını almaq üçün hərbçi oldu və ömrü yarımçıq qaldı

© Sputnik / Ilham MustafayevPərvin İsgəndərov
Pərvin  İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəhi̇d oğlu da qorxarmı? Niyə qorxmalıyam? Mən atamın qisasını alacağam. Torpaqlarımız ermənilərinin ayağının altında niyə qalmalıdır?", - deyə müharibəyə gedən Pərvin İsgəndərov şəhid olub.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Şəhid oğlu da qorxarmı?! Hərbçi olmağı seçəndə bu sözləri deyib əmisinə. Atasının qisasını alaraq özü də şəhid olub Pərvin İsgəndərov. Üzünü görmədiyi atası 1-ci Qarabağ müharibəsində şəhid olmuşdu. Atasının yeganə xatirəsi, tək övladı olub. Onun da atası kimi özündən sonraya bir oğul övladı qalıb.

© Sputnik / Ilham Mustafayev
Şəhid Pərvin İsgəndərovun məzarı - Sputnik Azərbaycan
1/3
Şəhid Pərvin İsgəndərovun məzarı
© Sputnik / Ilham Mustafayev
Qəbirstanlıqda - Sputnik Azərbaycan
2/3
Qəbirstanlıqda
© Sputnik / Ilham Mustafayev
Qəbirstanlıqda - Sputnik Azərbaycan
3/3
Qəbirstanlıqda
1/3
Şəhid Pərvin İsgəndərovun məzarı
2/3
Qəbirstanlıqda
3/3
Qəbirstanlıqda

Nənəsi Əntiqə İsgəndərova nəvəsinin 25 il sonra atasının qisasını yerdə qoymadığını söyləyib:

"Mən buna şükür deyirəm, torpaq uğrunda getdi balam. Balam atasının qanını yerdə qoymadı. Bütün şəhidlər qarşısında baş əyirəm. Çox şükür ki, bu gün Qarabağımız azad olundu. Övladlarımın qisası alındı. Atası də şəhid oldu balası da".

© Sputnik / Ilham MustafayevƏntiqə İsgəndərova
Atasının qisasını almaq üçün hərbçi oldu və ömrü yarımçıq qaldı - Sputnik Azərbaycan
Əntiqə İsgəndərova

Şəhid Pərvin İsgəndərov müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. Məqsədi Vətən torpaqlarını azad etmək, şəhid atasının qanının yerdə qalmaması idi. Son damla qanınadək savaşdı və buna nail oldu. Müzəffər ordumuz isə onun qanını artıqlaması ilə almış oldu.

Pərvin haqda danışan əmisi Əziz İsgəndərov Pərvinin tək övlad olduğunu, buna görə hərbiyə getməyini istəməsələr də də Pərvin bununla razılaşmayıb:

© Sputnik / Ilham MustafayevƏziz İsgəndərov
Atasının qisasını almaq üçün hərbçi oldu və ömrü yarımçıq qaldı - Sputnik Azərbaycan
Əziz İsgəndərov
"O vaxt dedi̇m tək oğulsan. Atan şəhi̇d olub, getmə. Dedi: "Əmi̇ şəhi̇d oğlu da qorxarmı? Niyə qorxmalıyam? Mən atamın qisasını alacağam. Torpaqlarımız ermənilərinin ayağının altda niyə qalmalıdır?" Müddətdən artıq hərbi qulluqçu kimi işləməyə başladı. Qazaxda xidmət edirdi. Buradan könüllü müraciət edib ki, döyüsə gedirəm. Fizuli istiqamətində döyüşüb. Orada da şəhid oldu. Oktyabrın 12-i şəhid xəbəri gəldi".

Digər əmisi Tariyel İsgəndərov Pərvinlə qürurlandığını bildirib. Onun yaxşı idmançı olduğunu söyləyib:

© Sputnik / Ilham MustafayevTariyel İsgəndərov
Atasının qisasını almaq üçün hərbçi oldu və ömrü yarımçıq qaldı - Sputnik Azərbaycan
Tariyel İsgəndərov

"Pərvin idmanı çox sevirdi. Güləşlə məşğul olurdu. Hərbi xidmətində dəniz xüsusi təyinatlısı olmuşdu. Hər yarışda ilk yerləri qazanırdı. Müharibə başlayanda Füzuli istiqamətində döyüşlərə girdi. Füzuliyə gedəndə əlaqə saxlayırdıq. Oradan tapşırırdı ki, nənəmə deməyin harda olduğumu. Nənəm bilsə narahat olacaq."

İsgəndərovlar ailəsi hər gün iki şəhid nümayəndəsinin məzarını ziyarət edirlər. Əmiləri şəhid Pərvinin xatirəsini əbədiləşdirmək üçün kənddə dayanacaq qururlar.

Xəbər lenti
0