Humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.
BAKI, 6 dekabr - Sputnik. Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədilə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.
Xankəndinə göndərilən yük Gəncədə beynəlxalq hava limanında
"Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək".