22:19 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
38 0 0

"Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır və tezliklə Laçında, Kəlbəcərdə, Ağdamda və digər rayonlarımızda da dalğalanacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. "Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır və tezliklə Laçında, Kəlbəcərdə, Ağdamda və digər rayonlarımızda da dalğalanacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlərlə xalqımızın nəyə qadir olduğunu göstərdi: "Xalqımız İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Bu yumruq düşmənə endirilən ağır zərbələrin göstəricisi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyuldu. Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq".

"Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə ixtilaflar baş verir. Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir. Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar"-deyə Sədr qeyd edib.

Sədr diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrilməkdədir.

Əsas mövzular