00:07 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
19201

Azərbaycan Prezidenti İlham Əliyev: “Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır”.

BAKI, 10 noyabr - Sputnik. "Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq.

Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.

Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb: "Bu bəyanat uzun illər davam edən işğala son qoyur".

"Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər" - İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.

“Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, təbii ki, ordu quruculuğu, bütün bunlar bu qələbəmizi şərtləndirdi”, - deyə İlham Əliyev qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)

Əsas mövzular