09:50 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
175 0 0

Vladimir Putin: "Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır"

BAKI, 27 may - Sputnik. "Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alır.

Məktubda daha sonra deyilir: "Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur".

Əsas mövzular