01:23 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
694 0 0

Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb

BAKI, 15 iyul — Sputnik. İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan
© AR Ministry of Defense
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Teqlər:
kəşfiyyat-diversiya qrupu, Qazax rayonu, Azərbaycan-Ermənistan dövlət sərhədi, əsir, itki, düşmən

Əsas mövzular