17:19 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
AZƏRBAYCAN
Qısa URL
7201

"Cənubi Qafqaz" politoloqlar klubunun 52-ci iclasında politoloqlar bu hadisələrin Azərbaycana və bütövlükdə regiona necə təsir edəcəyi barədə fikirlərini bölüşəcəklər

"Cənubi Qafqaz" politoloqlar klubunun iştirakçıları yaxın ölkələrin siyasətində baş verənlərin Azərbaycandakı hadisə və proseslərə necə təsir edəcəyini analiz edəcəklər.

Aprelin 16-da Türkiyədə keçirilən referendum Türkiyə tarixinə bu ölkənin siyasi sisteminin islahatlarında dönüş nöqtəsi kimi düşəcək. Referendumun nəticələrinin regiondakı situasiyaya, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin xarakterinə necə təsir göstərəcəyi də maraqlıdır.

Digər tərəfdən, son həftələrdə Suriyada bir çox gözlənilməz hadisə baş verib. Bu barədə Rusiya və Türkiyənin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində də ətraflı söhbət açılıb.

"Cənubi Qafqaz" politoloqlar klubunun 52-ci iclasında politoloqlar bu hadisələrin Azərbaycana və bütövlükdə regiona necə təsir edəcəyi barədə fikirlərini bölüşəcəklər.

Tədbir 18 aprel saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək.
Tədbirdə politoloqlar Tofiq Abbasov, Anar Sadıqov (Sankt-Peterburq), Elxan Şahinoğlu və İlqar Vəlizadə iştirak edəcək.

Əlaqə:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

 

Teqlər:
Cənubi Qafqaz, Sputnik Azərbaycan, Anar Sadıqov, Tofiq Abbasov, İlqar Vəlizadə, Elxan Şahinoğlu

Əsas mövzular