08:22 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Vladimir Putin və Dmirti Medvedev

Rusiya rəhbərliyi Mehriban Əliyevanı təbrik etdi

© Sputnik / Aleksandr Astafyev
AZƏRBAYCAN
Qısa URL
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)
7021

Putin: "Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm"

BAKI, 7 mart — Sputnik. Rusiya Federasiyasınını prezidenti Vladimir Putin və baş naziri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndəriblər. 

Sputnik Azərbaycan president.az-a istinadla xəbər verir ki, Rusiya rəhbərliyi Azərbaycanın Birinci xanımını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. 

“Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər. Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm. Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm” – deyə Putin məktubunda bildirib.

Medvedevin məktubunda isə deyilir: “Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik. Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar. Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”. 

Mövzu:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)

Əsas mövzular